Prezident Administrasiyasının keçmiş əməkdaşı MƏHKƏMƏYƏ VERİLDİ

Hazırda oxunan: Prezident Administrasiyasının keçmiş əməkdaşı MƏHKƏMƏYƏ VERİLDİ

113407

“Ziraat Bank Azərbaycan" ASC Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq sektor müdiri Bəhruz Həsənovu məhkəməyə verib.

Bizim.Media kriminalqafqaz.az-a istinadən xəbər verir ki, buna səbəb Bəhruz Həsənovun banka olan kredit borcunu ödəməməsi olub. 

İş birinci instansiya mərhələsində baxılqdıqdan sonra Naxçıvan Ali Məhkəməsinə göndərilib. İddiaya hakim Mehman Allahverdiyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Bəhruz Həsənov Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənova yaxın şəxslərdən olub. Ə.Həsənov vəzifəsindən azad edildikdən sonra B.Həsənov onu tənqid edənlərə qarşı mediada bir sıra çıxışlar edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin