Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasının deputatı Vaqarşak Akobyanın qardaşı Tatul Akobyan Dağlıq Qarabağdakı döyüşlərdə məhv edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Vaqarşak Akobyan "Facebook" səhifəsində yazıb.
Tatul Akopyan Suriyada Ermənistan missiyasının iştirakçısı olub. O, 2016-cı ilin aprel döyüşlərində, 2020-ci ilin iyulunda Tovuz təxribatında fəal iştirak edib.
Bizim.Media