Suqovuşan su anbarının 1.5 milyon kubmetr həcmini lil tutub.
Bu barədə Bizim.Media-nın Qarabağ bürosuna Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin Baş mühəndisi Mehman Kərimov bildirib.
Baş mühəndis həmçinin anbarda təmir işlərinin davam etdiyini açıqlayıb:
"Hazırda anbarda təmir bərpa işlərinin aparılması üçün suyun səviyyəsi 10-15 metr aşağı salınıb. İşğalda olduğu ərəfələrdə heç bir texniki qulluq göstərilməyən su anbarında beton yamancların betonlanması işləri aparılır. Bundan başqa, hidrotexniki qurğuların - irriqasiya su buraxan qapıları və dib qapılarının təmiri işləri aparılır. Sağ və sol sahil kanalları olmaqla 20 və 5.2km beton kanallar da təmir olunur",- deyə bildirib.
Təmir işlərinin tez bir zamanda başa çatacağı və anbarın yenidən tam gücü ilə istifadəyə veriləcəyi diqqətə çatdırılıb.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu