Yanvarın 5-də Astara rayon Polis Şöbəsinə şəhər ərazisində atəş səsinin eşidilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində atəşi açmaqda şübhəli bilinən rayon sakinləri R. Məlikov və əvvəllər məhkum olunmuş A. Rzayev saxlanılıblar.
R. Məlikovdan müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
A. Rzayev ilkin ifadəsində yanvarın 4-də saat 22 radələrində rayon sakinləri, əvvəllər məhkum olunmuşlar A. Vəliyevin, A. Əliyevin və Y. Kərimovun onu evdən çağıraraq rayon sakini, əvvəllər məhkum olunmuş R. Bağırovun idarə etdiyi “BMW” avtomobildə sonuncunun evinə aparmalarını, orada onu döyərək 10 000 manat pul gətirməsini tələb etmələrini və pulu gətirməsi üçün saat 2 radələrində onu buraxmalarını bildirib.
Keçirilən tədbirlərlə A. Vəliyev, A. Əliyev, Y. Kərimov və R. Bağırov saxlanılıblar. Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:12 / 06.01.2023
Astara sakinini girov götürən dəstə üzvləri SAXLANILIB
Hazırda oxunan: Astara sakinini girov götürən dəstə üzvləri SAXLANILIB
Hazırda oxunan: Astara sakinini girov götürən dəstə üzvləri SAXLANILIB
113379
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.