Belə ki, məntəqədə onun avtomobilinə baxış keçirəcəklərini bildiriblər.
Bu barədə Moderator.az-a Nazim Məmmədovun özü xəbər verib:
"Bu gün Astaradan keçəndə çox pis bir "sürprizlə" qarşılaşdım: Guya mənim idarə etdiyim avtomobil Gömrük Komitəsi tərəfindən "qırmızı xəttə" salınıb və X-ray (rentgen) olunmalıdır. Baxmayaraq zabitlər tanıyırdılar və özlərini narahat hiss edirdilər, ancaq Bakının göstərişidir deyə üzrhaqlıq da etdilər. Avtomobildən nə narkotika nə də silah çıxdı.
Yəqin Gömrük Komitəsini çox tənqid etdiyimdən "heyf çıxarmaq" istədilər. Monopoliya və Gömrük Komitəsi ləğv olunsun" -deyə, o bildirib.



























































































