Yanvarın 5-də AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə cari ildə Akademiyanın qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Akademiyadan Bizim.Media-ya verilən xəbərə görə, AMEA-nın Rəyasət Heyəti üzvlərinin iştirakı ilə keçirilən tədbirdə akademik İsa Həbibbəyli müzakirəyə çıxarılan məsələlərdən danışıb.
İsa Həbibbəyli qeyd edib ki, “Heydər Əliyev İli” çərçivəsində Akademiyada həyata keçiriləcək tədbirlərlə bağlı AMEA-nın Rəyasət Heyətinin üç iclasında müzakirələr aparılıb, keçiriləcək elmi konfranslar və çap ediləcək nəşrlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Tədbirdə Akademiya rəhbəri, həmçinin AMEA-da 2023-cü ildə keçiriləcək struktur islahatları və diqqət mərkəzinə çəkilməsi əhəmiyyətli olan elmi problemlər haqqında da tapşırıqlar verib.
Akademiyada elektron sənəd dövriyyəsinə keçid, problem şuralarının fəaliyyətinin optimallaşdırılması, yekun elmi hesabatların müzakirələrinin miqyasının genişləndirilməsi və sair kimi məsələlər ətrafında da müzakirələr aparılıb.
Müşavirədə AMEA Rəyasət Heyətinin üzvləri müzakirəyə çıxarılan məsələlər ətrafında fikir və mülahizələrini bildiriblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:53 / 06.01.2023
AMEA-da islahatlar başlayacaq - Tapşırıq verildi
Hazırda oxunan: AMEA-da islahatlar başlayacaq - Tapşırıq verildi
Hazırda oxunan: AMEA-da islahatlar başlayacaq - Tapşırıq verildi
113337
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.