Naxçıvanda müşavirədə vacib tapşırıqlar verildi - YENİLƏNİB

Hazırda oxunan: Naxçıvanda müşavirədə vacib tapşırıqlar verildi - YENİLƏNİB

113311

Xəbər verdimiyiz kimi, Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilib.

Bizim.Media xəbər verir ki, Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən müşavirənin gündəliyindəki məsələ təsərrüfatbaşına uçot kitablarının doldurulması işinin təşkili ilə bağlı şəhər, rayon icra hakimiyyətləri qarşısında duran vəzifələrin müəyyən edilməsi olub.

Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov apa.az-a bildirib ki, müşavirədə təsərrüfatbaşına uçot kitablarının doldurulması ilə bağlı ətraflı məlumat verilib.

“Düşünürük ki, təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi həm bu sahədə statistikanın təkmilləşdirilməsinə, eyni zamanda, digər məqsədlər üçün məlumatların ilkin mənbədən əldə edilməsinə imkan verəcək.
Həmçinin, kənd təsərrüfatı, eləcə də şəhər yerləri üzrə həm əhali statistikası, həm də digər sahələrlə bağlı daha müfəssəl məlumatların əldə edilməsinə şərait yaradacaq. Müşavirədə zəruri tövsiyə və tapşırıqlar verilib. Qısa müddət ərzində tərəfimizdən də metodoloji dəstək göstəriləcək və bu məlumatların elektron informasiya sisteminə daxil edilməsi, onların emalı ilə bağlı məsələlər öz həllini tapacaq. Əsas məsələ təsərrüfatbaşına uçot sənədlərinin bütün bölmələrinin faktiki göstərişlər əsasında həyata keçirilməsi və onların tərtib edilməsidir”, - Yusif Yusifov qeyd edib.

*** 11:08

Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilir.

Bizim.Media "NUHÇIXAN" İnformasiya Agentliyinə isrtinadən xəbər verir ki, Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən müşavirənin gündəliyində duran əsas məsələ təsərrüfat başına uçot kitablarının doldurulması işinin təşkili ilə bağlı şəhər, rayon icra hakimiyyətləri qarşısında duran vəzifələrin müəyyən edilməsidir.

Müşavirədə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Prezident administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini İbrahim Mustafayev, Azərbaycan Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov və Azərbaycan Dövlət Statistika Komitəsinin şöbə müdiri Gündüz Məmmədov iştirak edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin