142 avtobusun hərəkət intervalında GECİKMƏ 

Hazırda oxunan: 142 avtobusun hərəkət intervalında GECİKMƏ 

113277

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 43 müntəzəm marşrut xətti üzrə 142 avtobusun hərəkət intervalında gecikmələr var.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Gecikmə müşahidə olunan marşrutlar aşağıdakı kimidir:

1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 15-17 dəqiqə gecikmə müşahidə olunur.

2. 3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cavadov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 6-7 dəqiqədir.

3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-12 dəqiqə gecikmə müşahidə olunur.
4. Binəqədi şosesi – şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.

5. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küç, Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125, 127 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 9-10 dəqiqə gecikmə müşahidə olunur.

6. Afiyəddin Cəlilov küçəsi– Yusif Səfərov küçələrinin kəsişməsindən keçən 1, 2, 4, 10, 30, 32, 46, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə müşahidə olunur.
7. Heydər Əliyev prospekti şəhər istiqamətində (Bağirov körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38, M8, E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 7-8 dəqiqə gecikmə müşahidə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin