Rusiyanın “Aeroflot” hava yolları şirkəti Bakıya uçuşları bərpa edir.
Bizim.Media xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
''Aeroflot'' Moskvadan İrəvana uçuşları ləğv etdi
Məlumata görə, Bakı ilə yanaşı Almatı, İrəvan, Dehli ilə müntəzəm uçuşlar bərpa edilir, Nur-Sultan, Minsk, Qahirə və Bişkekə isə uçuşların sayı artırılır.
Bundan əlavə, Sankt-Peterburq-Minsk reysinin açılmasına qərar verilib.
Xatırladaq ki, daha əvvəl Rusiya hökumətinin rəhbəri Mixail Mişustin fevralın 15-də həftədə iki dəfə olmaqla Azərbaycana aviareysləri bərpa etmək barədə müvafiq qərar imzalayıb.
Bizim.Media