Bu gün “Azad Azərbaycan”x9d Televiziyasının 15 yaşı tamam olur.
Moderator.az xəbər verir ki bu münasibətlə professor Vüqar Əhmədli ATV-çiləri təbrik edib.
Təbrikdə deyilir:
"Məhz bu gün- 25 dekabrda 15 il öncə sevilən kanalımız fəaliyyətə başlayıb. Bu münasibətlə ATV ilə sıx əməkdaşlıq edən qələm adamı kimi sevimli kanalımızın başda teleşirkətin prezidenti, görkəmli ziyalımız, əməkdar jurnalist, şərqşünas alim, peşəkar televizyonçu Vüqar Qaradağlı olmaqla bütün kollektivini təbrik edirəm.Çağdaş günümüzdə olduğu kimi birinciliyi əldən verməməyi arzu edirəm! Dünən möhtərəm prezidentimizin ad günüydü, hamımız dövlətimizin başçısını təbrik etdik, can sağlığı dilədik!
Bu gün ATV-nin doğum gününü təbrik edirəm. Qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycan Türklərinin bayramı, eləcə də Milad bayramı münasibətilə başda cənab prezidentimiz olmaqla 65 milyonluq soydaşlarımızı, eləcə də bütün ATV-çiləri təbrik edirəm. Bayramlarınız mübarək!"
































































































