Bakıda evdə meyiti tapılanlardan biri itkin düşən şagird imiş - FOTO

Hazırda oxunan: Bakıda evdə meyiti tapılanlardan biri itkin düşən şagird imiş - FOTO

113250

Bu gün Bakının Nərimanov rayonunda evdən tapılan 4 meyitdən birinin kimliyi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu, 19 yaşlı Allahverdiyev Kamran Xaliq oğludur.

Hadisədən öncə Kamranın itkin düşməsi barədə polisə məlumat verilib. O, dekabrın 31-də dostunun ad gününə getmək üçün evdən çıxıb və geri qayıtmayıb.

Kamran Bakıdakı şadlıq evlərinin birində ofisiant işləyib. Ailəsi 31 dekabr tarixindən onunla əlaqə yarada bilməyiblər.

K.Allahverdiyev Sumqayıtda 31 nömrəli məktəbin 10-cu sinif şagirdi olub. O, ailəsinin yaşayış yerini dəyişməsi səbəbi ilə məktəbə gec başlayıb. 

Qeyd edək ki, bu gün Bakının Nərimanov rayonunda bir mənzildən 4 nəfərin meyiti tapılıb. İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin