6 oğlunu döyüşə göndərən ana: “Hamı məni qınadı” - VİDEO

Hazırda oxunan: 6 oğlunu döyüşə göndərən ana: “Hamı məni qınadı” - VİDEO

11323

“Oğlanlarımı döyüşə göndərəndə hamı məni qınadı. Dedim, mən onları vətən üçün böyütmüşəm. İndi qohum-əqrəba deyir ki, sənin kimi anaya halaldır”. 

Bizim.Media xəbər verir ki, bunu jurnalist Bahadur Hocaya müsahibəsində Ağdamlı məcburi köçkün, 6 oğul anası Birgül Aslanova deyib.

Biri qız və 6-sı oğlan olmaqla 7 övlad böyüdən ana 4 oğlunu döyüşə göndərib:

“7 övladımdan biri subaydır. Digərləri ailə qurub və 11 nəvəm var. 4 oğlum 44 günlük Vətən savaşında döyüşüb. İkisi isə arxa cəbhədə xidmət edir.

Onların hər biri bizim fəxrimizdir. Ata-ana çalışmasa, uşaq böyümür. Bu günkü günə şükür olsun ki, oğlanlarımın timsalında Azərbaycan Ordusu ata yurdumuz olan torpaqlarımızı işğaldan azad etdi”.

Əli Aslanov da döyüşdən məğrur qayıdan oğlanları ilə fəxr etdiyini deyir:

“I Qarabağ savaşında Ağdamdan köçkün düşdük. 4 gün traktorda gecələdik. Sonra Bərdədə məskunlaşdıq. Sağ olsun ulu öndər Heydər Əliyev məcburi köçkünlərə sahib çıxdı.

Evlə təmin olunduq. Artıq bu yük üzərimizdən götürüldü və dədə-baba torpaqlarımızı geri qaytardıq.

Xoşbəxtəm ki, döyüşdə iştirak edən oğlanlarım qələbə ilə evlərinə dönüblər. Arxa cəbhədə xidmət edən iki oğlum da 44 günlük müharibədə hərbçilərimizə dəstək və kömək edib”.

Alçina Amilqızı, Bizim.Media 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin