Space TV-nin rəhbərlik məsələsi həll olundu - Sevil Əliyeva Bakıya gəlir

Hazırda oxunan: Space TV-nin rəhbərlik məsələsi həll olundu - Sevil Əliyeva Bakıya gəlir

11322

Space TV-nin sədri, tanınmış rejissor Vaqif Mustafayevin vəzifədən azad edilməsindən sonra bu kanala kimin rəhbərlik edəcəyi müzakirə mövzusudur.

Bizim.Media xəbər verir ki, hazırda bir çox şəxsin – SpaceTV-yə bir vaxtlar rəhbərlik etmiş Etibar Babayev, ATV-nin keçmiş sədri Vüqar Qaradağlı, o cümlədən tanınmış aparıcı Turan İbrahimov və hətta Vado Korovinin mümkün namizədliyi səsləndirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Sevil Əliyeva: "Vaqif Mustafayev istefa verməyib, mən çıxartdım"


Space TV-nin təsisçisi Sevil xanım Əliyeva mediaya açıqlamasında artıq kanalın rəhbərinin müəyyənləşdiyini, yaxın vaxtlarda onun ictimaiyyətə təqdim ediləcəyini bildirib.

Kanaldakı mənbə deyib ki, Sevil Əliyevanın yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir: “Kanal rəhbərini də özü təyin edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin