“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri işdən çıxdı

Hazırda oxunan: “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri işdən çıxdı

113199

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov vəzifəsini tərk edib. 

Bizim.Media xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. 

“Düz 10 illik uzun və maraqlı İçərişəhər səyahətim, nəhayət ki, bu gün bitir.  2013-cü ildə "İçərişəhər" DTMQ İdarəsinin komandasına qoşulanda təsəvvürümə belə gətirə bilməzdim ki, həyatımın və karyeramın bu mərhələsi bu qədər maraqlı və uzun olacaq. Bu onillik yolda çox pozitiv və neqativ təcrübə qazanıldı, çoxlu yeni tanışlıq və dostluqlar oldu, xoşbəxt və kədərli günlər yaşandı”, - deyə R. Qasımov yazıb. 

O, sonrakı iş yerinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olduğunu da qeyd edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin