“Heç bir neqativ vəziyyət yox idi. Döyüşə çıxdım və qışqırıqlara fikir vermədim. Birinci döyüş zamanı mənim soyadımı Manunyak, ikincidə isə Manukiv kimi elan etmişdilər. Məni Azərbaycan prezidenti İlham Əliyevin təltif etməsi isə çox xoşuma gəldi. O, auditoriyanı sakitləşdirdi”x9d.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu XSPORT portalına müsahibəsində Ukraynada 2015-ci ilin ən yaxşı boksçusu Gevorq Manukyan yayda Bakıda keçirilən I Avropa Oyunları barədə təəssüratları haqda danışarkən deyib.
I Avropa Oyunlarında gümüş medal qazanan G.Manukyan bildirib ki, Bakıdakı yarışlarda zədəsi ona tam güxü ilə mübarizə aparmağa imkan verməyib, buna görə də gümüş medalı ən maksimal nəticə saya bilər.
“Avropa Oyunlarında gümüş medal məndən ötrü yaxşı nəticədir. Axı zədəli idim. Bəlkə də elə bu xeyirliyə oldu. Zədəyə görə final oyununa çıxmadım. Rəqib pis deyildi, amma hamı ilə döyüşmək olar. Məncə, rəqibim adi oğlan idi. Amma ağır idi, axı mən yerli boksçu ilə döyüşürdüm. Finalda zəiflər olmur”x9d ”” deyə erməni əsilli ukraynalı idmançı bildirib.

































































































