''Kürün suyunun bölüşdürülməsi ilə bağlı Türkiyə ilə danışıqlar gedir'' - Nazirlik

Hazırda oxunan: ''Kürün suyunun bölüşdürülməsi ilə bağlı Türkiyə ilə danışıqlar gedir'' - Nazirlik

11315

“Kür çayının suyunun bölüşdürülməsi ilə bağlı Gürcüstanla əməkdaşlığımız sona çatmayıb”.

Bizim.Media-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

''Azərbaycanın su ehtiyatları azalır'' - ETSN


Onun sözlərinə görə, hazırda saziş üzrə işlər gedir:

“Bu məsələ Xarici İşlər Nazirliyi, Nazirlər Kabineti və ETSN-in tam nəzarətindədir. O cümlədən Türkiyə tərəfi ilə də Kür çayının suyunun bölüşdürülməsi, idarəolunması ilə əlaqədar danışıqlar gedir.

Çünki saziş olmadıqda su ehtiyatlarına qənaətdən danışmaq mümkün deyil, həmçinin bu, bölgü ilə bağlı müxtəlif anlaşılmazlıqlara gətirib çıxarır.

Çalışırıq ki, Gürcüstanla sazişi yekunlaşdıraq və Türkiyə ilə əməkdaşlığımızı davam etdirək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin