Konstitusiya Məhkəməsinin hakimi vəfat edib

Hazırda oxunan: Konstitusiya Məhkəməsinin hakimi vəfat edib

113149

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradov vəfat edib.

Bizim.Media xəbər verir ki, Mahir Muradov uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Muradov 25 iyul 1956-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1973-cü ildən başlayıb. Həmin ildən 1979-cü ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi orqanlarında çalışıb.

1979-cu ildən 1983-cü ilədək “Xəzərneftqazdonanma” İdarəsində müxtəlif vəzifələrdə çalışıb. 1983-cü ildən başlayaraq 2012-ci ilədək prokurorluq orqanlarında stajor, böyük müstəntiq, şöbə prokuroru, prokuror vəzifələrində işləyib. 2004-cü ildən 2012-ci ilə qədər Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsində çalışıb.

16 oktyabr 2012-ci ildə Azərbaycan Prezidentinin təqdimatı əsasında Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.

2016-cı ildə Prezidentin sərəncamı ilə "Əməkdar hüquqşünas" fəxri adı verilib.(report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin