“Kürdəmirin Qarabucaq kənd yolu uzun illərdir ki, bərbad vəziyyətdədir. Bu yoldan istifadə etmək artıq sakinləri təngə gətirib. Qışda palçıqdan, yayda isə tozdan bu yolda hərəkət etmək mümkün deyil”.
Bu barədə Bizim.Media-ya kənd sakinləri bildirib.
Bu kəndə bir gələn, bir də yolunu buradan salmaq istəmir. Elə ona görədir ki, sakinlər qonaq-qara üzünə həsrətdir. 90-a yaxın ailənin, ümumilikdə 500-ə yaxın üzvünün bir qayda olaraq istifadə etdiyi Qarabucaq kənd yolu artıq istismar müddətini, demək olar ki, çoxdan başa vurub.
Çınqıllı daşlarla salınmış bu kənd yolunun ötən əsrin 60-cı illərində salındığını nəzərə alsaq və buranın əsas yol olduğunu əlavə etsək, mövcud vəziyyətin nə qədər ağır olduğunu deyə bilərik.
Çəkildiyi gündən indiyədək bir dəfə də olsun əsaslı təmir görməyən, asfalt örtüyü salınmayan bu yolun bir hissəsinə dəfələrlə sakinlərin şəxsi vəsaiti hesabına çınqıl tökülüb. Amma bu tədbirlər də get-gedə dağılmaqda olan yolu salamat saxlamağa kifayət etməyib.
Piyadalar yayda toz-torpaq, qışda palçıq əlindən təngə gəlib. Sürücülər isə, öz dilləri ilə desək, qazandıqlarını ustalara tökürlər.
Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən yolun asfaltlanması 2023-cü ilin planında nəzərdə tutulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə də sözügedən məsələ ilə bağlı müraciət etdik. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirib ki, Kürdəmir rayonunda Qarabucaq kənd yoluda daxil olmaqla təmirə ehtiyacı olan digər kənd yollarının siyahısı tərtib olunub və aidiyyatı üzrə təqdim olunub.
“Həmin siyahı əsasında maliyyə vəsaiti ayrıdıqca kənd yollarının yenidən qurulması işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək”.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:00 / 05.01.2023
Kürdəmirin keçilməz KƏND YOLLARI – Problem nə zaman həll olunacaq? – FOTO
Hazırda oxunan: Kürdəmirin keçilməz KƏND YOLLARI – Problem nə zaman həll olunacaq? – FOTO
Hazırda oxunan: Kürdəmirin keçilməz KƏND YOLLARI – Problem nə zaman həll olunacaq? – FOTO
113139
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.