Ötən gün xidmət etdiyi ərazidə avtomobil tərəfindən vurulan yol patrul xidməti əməkdaşı, 32 yaşlı Röyal Ağayev artıq evə buraxılıb.
Bu barədə Bizim.Media-ya Şabran Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd edək ki, yanvarın 4-də axşam saat 22 radələrində Bakı-Quba yolunun Şabranın Gəndab kəndindən keçən hissəsində xidmət edən yol patrul xidməti əməkdaşı, 32 yaşlı Röyal Ağayev hərəkətdə olan avtomobil tərəfindən vurulub. Yol polisi Şabran rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.
23.00
Şabranın Gəndab kəndi yaxınlığında yol polisi Röyal Ağayevin nəqliyyat vasitəsi tərəfindən vurulması barədə məlumat vermişdik.
Bizim.Media-nın Gəndab kənd sakinlərindən əldə etdiyi məlumata görə, həmin vaxt yolda yük maşını ilə CİP avtomobili toqquşub. Sonra isə yük maşını ərazidə xidmət aparan yol polisini vurub.
Siyəzən rayon sakini olan yol patrul xidməti əməkdaşı dərhal xəstəxanaya çatdırılıb.
Hadisənin başvermə motivi araşdırılır.
*** 22:22
Şabranda yol polisi avtomobilin zərbəsinə tuş gəlib.
Bizim.Media xəbər verir ki, hadisə Gəndab-Yalama yolunun 1-ci km-də, Şabranın Gəndab kəndi ərazisində qeydə alınıb.
Burada xidmət edən yol patrul xidməti əməkdaşı, 32 yaşlı Röyal Ağayev hərəkətdə olan avtomobil tərəfindən vurulub. Yol polisi Şabran rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Onu vuran sürücünün kimliyi araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:17 / 05.01.2023
Şabranda qəzaya düşən polis əməkdaşının SON DURUMU - YENİLƏNİB
Hazırda oxunan: Şabranda qəzaya düşən polis əməkdaşının SON DURUMU - YENİLƏNİB
Hazırda oxunan: Şabranda qəzaya düşən polis əməkdaşının SON DURUMU - YENİLƏNİB
113103
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.