Xeyriyyəçi milyonçumuzu zibilliyə atdılar...

Hazırda oxunan: Xeyriyyəçi milyonçumuzu zibilliyə atdılar...

113095
Xeyriyyəçi və milyonçu Hacı Zeynalabdin Tağıyevin Xaçmaz rayonundakı abidəsi baxımsız vəziyyətdədir. Bu barədə Xaçmaz rayon sakinləri xəbər veriblər.
 
Onlar məşhur xeyriyyəçinin zibil və kol-kos içərisində olan abidəsinin fotosunu çəkərək məsələni ictimailəşdiriblər.
 
Fotodan da görünür ki, Hacı Zeynalabdin Tağıyevin abidəsi rayon mərkəzindən kənar, baxımsız ərazidə yerləşir.
 
Xaçmaz Rayon İcra Hakimiyyətindən publika.az-a bildiriblər ki, Hacı Zeynalabdin Tağıyevin abidəsi əvvəllər onun adını daşıdığı küçədə olub: "Abidə küçədən götürülüb və ora bulaq abidəsi qoyulub. O ki qaldı Zaynalabdin Tağıyevin abidəsinin natəmiz yerdə olmasına, bu haqda söylənilənlər həqiqəti əks etdirmir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin