Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada doğum vaxtına iki həftə qalan ananın erkən qeysəriyyə əməliyyatına götürüldüyünü xəbər vermişdik. Iddialara görə yanvarın 11-18 aralığında doğulacaq körpə Səbinə adlı həkim tərəfindən erkən qeysəriyyə əməliyyatına alınıb.
Şöbə müdiri Şəhla adlı həkim isə bayram tətilində Bakıda olacağını bildirirərək, əməliyyatı dekabrın 29-na təyin edib.
MÖVZU İLƏ BAĞLI:
Gəncə xəstəxanasında DƏHŞƏT – Doğum vaxtına iki həftə qalan ana əməliyyata GÖTÜRÜLDÜ
Əməliyyatdan sonra dünyaya gələn körpə ciyərləri açılmayıb və reanimasiyada kuveizə yerləşdirilib. Yanvarın 2-nə qədər körpə küveizdə saxlanılsa da, durumu kritikləşib. Vəziyyəti ağırlaşan körpə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD xəstəxanası) yerləşdirilib.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan Bizim.Media-ya körpənin vəziyyəti açıqlanıb. 29.12.2022 il tarixində cərrahi yolla 3200 qr çəkidə doğulan körpə 02.01.2023 tarixində K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Anesteziologiya Reanimasiya və İntensiv terapiya şöbəsinə daxil olub.
Xəstəxanadan bildirilib ki, uşaq şöbəyə çox ağır vəziyətdə intubasiya boru ilə huşu komatoz, ətraf qıcığa reaksiyasız daxil olub. Hal hazırda vəziyyəti çox ağırdır, STA ağ ciyərlərin ventilyasiyası davam edir, huşu komatozdur, ətraf qıcıqlara reaksiya vermir, tam parenteral qidalanmadadır, NQZ hemorragik möhtəviyyat xaric olur, antibakterial və infuzion terapiya davam edir, neyrosonaqrafiaya olunub və nəticəsinə əsasən beyin parenximasının exogenliyi artıb.
Məlumatda o da qeyd olunub ki, körpəyə nevroloqun konsultasiyası olub və qeydləri aşağıdakılardır:
--Bəbəklər genişlənib .
--İşığa reaksiyası yoxdur.
--Körpə Neonatal komadadır.
Qeyd edək ki, bu, qadının ikinci hamiləliyi olub.
Alçina Amilqızı, Bizim.Media