Azərbaycanın görkəmli dövlət xadimi, Ağqoyunlu hökmdarı Uzun Həsən 1478-ci il yanvarın 5-də həlak olub. O, 1423-cü ildə indiki Türkiyə torpaqlarındakı Diyarbəkir rayonunda dünyaya gəlib. Muş vuruşmasında (1467) Cahanşahı məğlubiyyətə uğradan Uzun Həsən Qaraqoyunlu dövlətinə son qoyaraq, Mahmudabad döyüşündə isə Əbu Səidə qalib gələrək Teymurilər dövlətini zəiflədib, Azərbaycan və fars torpaqlarının da daxil olduğu geniş bir ərazini öz hakimiyyəti altında birləşdirib, paytaxtı Təbriz olan böyük Ağqoyunlu dövlətini yaradıb.
45 yaşında hakimiyyətə gələn Uzun Həsən ölkənin iqtisadi həyatını dirçəltmək və vergi toplanmasını nizama salmaq üçün xüsusi “Qanunnamə” hazırlayıb. Uzun Həsən tarixdə həm də mədəniyyət hamisi olaraq tanınır. (1423-1478)
Bəs, 5 yanvarda daha hansı hadisələr baş verib?
1. 5 yanvar 1769-cu ildə İngilis mühəndisi Ceyms Vatt buxar maşınını patentləşdirib.
2. 1809-cu ilin bu günü – 5 yanvar tarixində Qaleyi-Sultaniyə müqaviləsi imzalanıb. Bu müqavilə ilə 1807-ci ildə başlayan Osmanlı - Böyük Britaniya müharibəsi sona çatıb.
3. 5 yanvar 1883-cü ildə Türkiyə, İngiltərə və Fransanın sərmayəsilə qurulan, daha sonra Almaniya bankı tərəfindən alınan Anadolu-Bağdad və Mersin-Tarsus dəmir yolları 1929-cu ilin bu günü Türkiyə hökuməti tərəfindən satın alınıb və milliləşdirilib.
4. 1895-ci ilin bu günü Rentgen şüaları kəşf edilib.
5. 5 yanvar 1889-cu ildə alman fiziki Martin Brendel ilk dəfə insanların enerji sahələrinin, yəni auralarının foto şəklini yaradıb.
6. Türkiyənin Anadolu torpaqları uğrunda milli mübarizə nəticəsində Adana düşmən işğalından məhz bu gün-1922-ci ilin 5 yanvar tarixində qurtarılıb.
7. 5 yanvar 1930-cu ildə ÜİK(b)P MK "Kollektivləşmənin templəri və dövlətin kolxoz quruculuğuna kömək tədbirləri haqqında" qərar verdi. Bu tarix keçmiş SSRİ-də kütləvi kollektivləşmənin başlanğıcı hesab olunur.
1933-ci ilin 5 yanvarında San-Fransiskoda Golden Gate körpüsünün tikintisinə başlandı.
8. 5 yanvar 1883-cü ildə Türkiyə, İngiltərə və Fransanın sərmayəsilə qurulan, daha sonra Almaniya bankı tərəfindən alınan Anadolu-Bağdad və Mersin-Tarsus dəmir yolları 1929-cu ilin bu günü Türkiyə hökuməti tərəfindən satın alındı və milliləşdirildi.
9. Türkiyənin Dənizli rayonunun Acıpayam qəsəbəsində çobanlıq edərkən bir müəllim tərəfindən zəkası təsbit edilən, əvvəl Türkiyədə, sonra isə Bostonda təhsil alan, adını elm tarixinə yazdıran Hüseyn Yılmazın "Umumi nisbiliyə dair yeni nəzəriyyə"si 1959-cu ilin 5 yanvar tarixində dünyanın ən nüfuzlu "Physical Review” jurnalında dərc olundu.
10. Hər il Avropa Şurası tərəfindən verilən “İlin müzeyi” mükafatı 1993-cü ilin bu günü İstanbul Arxeologiya Muzeyinə verildi.
11. 5 yanvar 2005-ci ildə məlum olan ən böyük cırtdan planet, “Erida” kəşf edilib.
Bəs, bu gün hansı məşhurlar doğulub?
1. Qacarlar nəslinin ən məşhur simalarından biri Məhəmməd şah məhz bu gün 5 yanvar 1808-ci ildə anadan olub. Cəmi 40 il yaşayan Məhəmməd şah Qacarlar dövlətinin üçüncü şahı olub.
2. 5 yanvar 1884-cü ildə Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski) anadan olub. O daha çox yaddaşlarda oynadığı Leyli obrazı ilə qalıb. Opera müğənnisi, Əməkdar İncəsənət Xadimi olan Əhməd bəy həm də Üzeyir bəy Hacıbəyovun xalası oğlu kimi tanınırdı.
3. Mehdi Mehdizadə 5 yanvar 1903-cü ildə anadan olub. Pedaqogika elminin görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü,akademik, Azərbaycan SSR əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor kimi titullar qazanan Mehdi Mehdizadə bir müddət Azərbaycan SSR xalq maarif naziri vəzifəsini də daşıyıb.
4. Tanınmış yazıçı Əlfi Qasımov 1927-ci il yanvar ayının 5-də anadan olub.
5. Akademik Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də anadan olub. 1976-ci ildə kimya elmləri namizədi,1991-ci ildə isə elmlər doktoru olub. 20 il BDU-nin rektoru olan Abel Məhərrəmov hazırda "Üzvi kimya" kafedrasının professorudur.
6. 5 yanvar 1958-ci ildə Xatirə Bəşirli anadan olub. O AMEA-nın Nizami Gəncəvi adın Ədəbiyyat muzeyinin direktor müavini, filologiya elmləri doktoru, professordur.
7. Azər Kərimov 5 yanvar 1961-ci ildə Bakı şəhərində tanınmış şair Əli Kərimin ailəsində anadan olub. Orta təhsilini Moskvada Fizika-riyaziyyat məktəbində alıb. Moskva Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirib. Bilkənt Universitetinin professoru, Türkiyə Riyaziyyat olimpiya komitəsinin sədridir.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 05.01.2023
BİZİM TƏQVİM: 5 yanvarda dünyada nələr olub?
Hazırda oxunan: BİZİM TƏQVİM: 5 yanvarda dünyada nələr olub?
Hazırda oxunan: BİZİM TƏQVİM: 5 yanvarda dünyada nələr olub?
113065
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.