Allah bizim dualarımızı eşidirmi? - İbrətamiz HEKAYƏ

Hazırda oxunan: Allah bizim dualarımızı eşidirmi? - İbrətamiz HEKAYƏ

113042

Allah bizi görüb və duyurmu? Daha da konkretləşdirək: Allah bizim dualarımızı eşidirmi?

Təbii ki, bu suallar hər birimizi düşündürür. Çünki, hər birimizin içində İlahi qüvvəyə bir inam var.

Təkcə özümüzün necə idarə olunmasıyla bağlı deyil, həm də özümüzün necə yaşayamaq istəyimizlə bağlı ulu Tanrıdan daima diləklərimiz olur. 

Bəs, bu diləklərimiz Allah tərəfindən eşidilib və qəbul olunurmu?

Bu sualın cavabı üçün ibrətamiz bir həyat hekayəsini təqdim edirik:

Həkim Mark çox məşhur onkoloq idi.

Bir dəfə o başqa şəhərə konfransa getməli olur. Konfransda ona Tibb elmində etdiyi yeniliyə görə mükafat verəcəkdilər. Bir saat uçuşdan sonra təyyarə məcburi qəza enişi edir. Həkim konfransa çatmaq üçün kirayə maşın götürür və yola çıxır. Yarım saat keçdikdən sonra ardıcıl ildırımla birlikdə şiddətli yağış başlayır. İnternet də, telefon da işləmir. 

Nəticədə həkim yolu itirir, azır. O bu vəziyyətdə çox gözləyə bilməzdi. Ona görə də axtarıb bir ev tapır və qapını döyür. Qapını kədərli bir qadın açır. Həkim ona telefonla zəng eləmək istədiyini söyləyir. Qadın cavab verir ki, evdə heç bir telefon yoxdur. 

“Amma keçin içəri, hava düzələndən sonra gedərsiniz”. 

Markın razılaşmaqdan başqa çarəsi qalmır. Qadın ona isti çay verir və deyir ki, gedirəm dua etməyə. Həkim çay içə-içə uşaq çarpayısının önündə dayanıb, zəyif şam işığında dua edən qadına baxır və düşünür: “Yəqin nə isə bir dərdi var”.

Qadın duanı bitirdikdən sonra həkim ondan soruşur: 

- Allahdan nə istəyirsiniz? Hardan əminsiniz ki, o sizi eşidir.

Qadın kədərli halda dillənir: 

“O çarpayıda mənim oğlum yatır. Xərçəng xəstəsidir… Onu yalnız Mark adlı həkim müalicə edə bilər. O həkim başqa şəhərdə yaşayır. Mənim ora getməyə nə pulum var, nə də imkanım. Ona görə əlacım yalnız Allahadır, mən də ona dua edirəm. Hələlik o məni eşitməyib, amma əminəm ki, nə vaxtsa eşidəcək”.

Heyrətlənmiş və nitqi qurumuş həkim Mark öz-özünə pıçıldayır: 

“İlahi sən böyüksən, lap böyük”.

Həkim yaşadığı bu “uğursuz” gündə olanların hamısını xatırlayır: Təyyarənin qəza enişini, şiddətli yağışı, yolu azmağını…

“Deməli bunlar hamısı ondan ötrü imiş ki, mən bu zavallı qadına kömək edim. Əlindən yalnız dua etməkdən başqa ümüdü qalmayan qadına sevinc bəxş edim…”

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin