Bu şəxslər yaxın 3 gündə EHTİYATLI olsunlar - XƏBƏRDARLIQ

Hazırda oxunan: Bu şəxslər yaxın 3 gündə EHTİYATLI olsunlar - XƏBƏRDARLIQ

112991

Bu gündən başlayaraq günəş aktivliyi bir qədər də artacaq. Güclü qasırğa isə yanvarın 7-də proqnozlaşdırılır. Maqnit qasırğaları insanlara müxtəlif formalarda təsir edir. Meteohəssas insanlar, yaşlılar və xroniki xəstəliklərin sahibləri onun təsirinə ən çox həssasdırlar.

Qasırğanın ən çox görülən əlamətləri bunlardır: baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq...

Məsələ ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov bəzi insanların özlərinə və yaxınlarına çox diqqətli olmalarını vacib hesab edir:

“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur. Maqnit qasırğası əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir. Məsələn, qanında müəyyən yağların yüksək olması, qanda qatılılıq, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara maqnit qasırğası pis təsir edir. Bu da özünü baş ağrıları, halsızlıqla göstərə bilər. Maqnit qasırğası hətta hipertaniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər”.

Rasif Bağırov ona görə də tövsiyyə edir ki, qan dövranında problemi olan insanlar belə günlərdə daha diqqətli olmalıdırlar.

“Hipertaniyadan əziyyət çəkən insanlar yaxşı olar ki, istirahətə daha çox üstünlük versinlər. Açıq havada daha çox gəzsinlər. Özlərini stresdən qorumağa çalışsınlar, yalnız müsbət emosiyalara köklənsinlər. Belə günlərdə daha çox su içmək, həmçinin bitki çaylarından istifadə, siqaret, qəhvə, spirt və enerji içkilərindən imtina etmək, tez-tez açıq havada olmaq, az yağlı qidalar yemək, gündə azı 7 saat yatmaq tövsiyə edilir”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin