Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 6 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
MÖVZU İLƏ BAĞLI:
Bu gün Laçın yolundan ümumilikdə 15 maşın keçib - VİDEO
Belə ki, Laçından Xankəndi istiqamətinə 1 minik və 5 təminat avtomobili keçib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da gün ərzində aksiya ərazisindən hər iki istiqamətə keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 26-ya çatıb.
Bizim.Media