Qəbələ rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbəsində bir qrup şəhid ailəsi ilə görüş keçirilib, onları narahat edən problemlər dinlənilib.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Qəbələ rayon icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, görüşdə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi polkovnik Anar Ağabəyov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Ordumuzun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan bəhs edərək onların şücaətlərinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
Görüş zamanı Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Vətən müharibəsində göstərdikləri igidliyə görə layiq görüldükləri (“3-cü dərəcəli Rəşadət” və “3-cü dərəcəli Vətənə xidmətə görə”) ordenlər şəhidlərin ailə üzvlərinə təqdim olunub.
Tədbirdə iştirak edən şəhidlərin ailə üzvləri qarşılaşdıqları bir sıra çətinliklərdən danışıb, qayğılarının həlli istiqamətində görülən işləri qeyd ediblər.
Bir daha şəhid ailərinin qayğı və problemləri müvafiq orqanlar tərəfindən qeyd edilərək xüsusi nəzarətə götürülüb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:07 / 03.01.2023
Qəbələdə şəhid ailə üzvləri ilə görüş: Qayğı və problemləri öyrənildi – FOTO
Hazırda oxunan: Qəbələdə şəhid ailə üzvləri ilə görüş: Qayğı və problemləri öyrənildi – FOTO
Hazırda oxunan: Qəbələdə şəhid ailə üzvləri ilə görüş: Qayğı və problemləri öyrənildi – FOTO
112891
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.