Geridə qoyduğumuz 2022-ci il Azərbaycan siyasi arenasında aktivliyi ilə yadda qaldı. Bəzi hallarda bu fəallıq gərgin mübahisələr, hətta əlbəyaxa davaya da çevrildi.
Bizim.Media ötən il siyasilər arasında baş verən qalmaqalları araşdırıb.
Pənah Hüseyn – Tofiq Abbasov
Fevralın 21-də Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə siyasi analitik, Əməkdar jurnalist Tofiq Abbasov canlı efirdə əlbəyaxa olublar. Hadisə “Yeni Müsavat”ın efirində baş verib. Belə ki, Tofiq Abbasovun verilişdə qonaq olan deputat Səməd Seyidovun adını çəkərkən, “Səməd bəy”, ardınca sözünə düzəliş edərək “Səməd müəllim” deməsinə partiya sədri Pənah Hüseyn replika ilə cavab verib.
“Nə olar bəy olanda, həm də Səməd bəydir də, niyə ehtiyyat edirsən bəy sözündən” – deyən P.Hüseynə T.Abbasovun cavabı belə olub: “Bəy sənsən də, mən sənə bəy deyirəm”.
Daha sonra isə tərəflər bir-birini təhqir etməyə başlayıblar. Qarşılıqlı təhqirlər saniyələr içərisində əlbəyaxa davaya çevrilib.
Məlahət İbrahimqızı – Fəzail İbrahimli
Milli Məclisin 2022-ci ilin fevralın 1-də M. İbrahimqızı qadın mollaların savadsızlığı, cəhaləti məsələsini qabardaraq, bu məsələlərin qanunla tənzimlənməsini təklif edib.
Vitse-spiker F. İbrahimli isə fevralın 15-də keçirilən növbəti iclasında çıxışı zamanı deputatın ötən iclasdakı təklifini xatırladaraq deyib ki, yer üzündə elə ölkə yoxdur ki, cəhalətə qarşı qanun qəbul olunsun və orada cəhalətin kökü kəsilsin.
Deputatsa buna cavab olaraq, parlamentə dünən gəlmədiyini bildirərək, bu hərəkəti Fəzail İbrahimliyə yaraşdırmadığını vurğulayıb. Vitse-spiker qeyd edib ki, M. İbrahimıqızının heysiyyatına toxunacaq nəsə deyibsə, üzr istəyir.
İqbal Ağazadə – Etibar Məmmədov
2022-ci ilin iyul ayında Etibar Məmmədovun yenidən siyasətə qayıdıb, bir sıra partiyalarla koalisiya quracağı ilə bağlı xəbərlər yayılıb. Həmin partiyaların sırasında adı qeyd olunun Ümid Partiyasının sədrinin məsələyə reaksiyası bu cür olub:
"Etibar Məmmədov boyundan böyük şeylər danışır. Bu xalq Etibarın nə Lefertovadan çıxdıqdan sonra üzərinə qoyulmuş vəzifəni, (AXC-ni parçalamağın), nə Laçın və Şuşanın verilməsindəki, nə də 1993-cü il qiyamındakı rolunu əsla unutmayıb. İstəsə, danışarıq. Siyasətdən hansı şərtlərlə getdiyi də bəllidir. Danışanda ərkanı gözləsin".
AMİP liderinin İ. Ağazadəyə cavabı da özünü çox gözlətməyib:
“Deyib deyib də... İndi mən nə etməliyəm... O kimdir ki, mən onun sözünə münasibət bildirəm. Öz liderini bir şilləyə satan adamın sözünə nə münasibət bildirəcəm”.
Elxan Şükürlü – Üzeyir Cəfərov
İyun ayında “Müsavat TV”-nin canlı efirində Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü ilə hərbi ekspert Üzeyir Cəfərov arasında mübahisə yaşanıb. Belə ki, Üzeyir Cəfərovun “Mən müraciət edəcəm, Elxan Şükürlüyə Rusiyanın dostluq ordenini versinlər” sözləri mübahisəni daha da genişləndirib. Sonradan tərəflər bir-birini təhqir və təhdid etməyə başlayıblar. Bu səbəbdən canlı yayım yarımçıq dayandırılıb.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 03.01.2023
2022-ci ilin SİYASİ QALMAQALLARI – Parlamentdə söz savaşı, efirdə əlbəyaxa dava...
Hazırda oxunan: 2022-ci ilin SİYASİ QALMAQALLARI – Parlamentdə söz savaşı, efirdə əlbəyaxa dava...
Hazırda oxunan: 2022-ci ilin SİYASİ QALMAQALLARI – Parlamentdə söz savaşı, efirdə əlbəyaxa dava...
112842
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.