Naxçıvan daxili işlər naziri vətəndaşları qəbul etdi - FOTO

Hazırda oxunan: Naxçıvan daxili işlər naziri vətəndaşları qəbul etdi - FOTO

112810

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qəbul üçün müraciət edən vətəndaşlar muxtar resbublikanın daxili işlər naziri, polis polkovniki Süleyman Nemətov tərəfindən qəbul edilib. 

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, bütün müraciətlər diqqətlə yoxlanılıb, uçot-qeydiyyatı aparılmaqla nəzarətə götürülüb.  
 

MÖVZU İLƏ BAĞLI:

Süleyman Neymətov Naxçıvanın daxili işlər naziri təyin edildi


Qəbula gələn 159 vətəndaşı dinləyən S.Nemətov onların problemlərinin həlli üçün baş idarə, idarə və şöbə rəislərinə müvafiq tapşırıqlar verib. 

Müraciətlərin əksəriyyəti yerində həllini tapıb. 

Həmçinin, elə müraciətlər var ki, araşdırma tələb edir. Həmin araşdırmalar çərçivəsində müraciətlərin mahiyyətinə uyğun və nəticəsindən asılı olaraq müvafiq qərarlar qəbul ediləcəkdir.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin