Rusiyada yaşayan xeyriyyəçi azərbaycanlı iş adamı vəfat etdi

Hazırda oxunan: Rusiyada yaşayan xeyriyyəçi azərbaycanlı iş adamı vəfat etdi

112800

Moskvada yaşayan tanınmış azərbaycanlı iş adamı, xeyriyyəçi Salman Zeynalov dünyasını dəyişib.  

Bizim.Media-nın yerli bürosuna iş adamının dostlarının verdiyi məlumata görə, S. Zeynalov səhhətində yaranmış problemdən əziyyət çəkirmiş. Çoxsaylı tibbi müdaxilələr isə nəticə verməyib.

İş adamının nəşi Azərbaycana gətirilib və doğulduğu Şəmkir rayon Çinarlı kəndində bu gün dəfn olunub.

Qeyd edək ki, 1964-cü ildə anadan olmuş Zeynalov Salman Abbas oğlu xeyriyyəçi və humanitar aksiyaların təşkilatçısı kimi də tanınırdı. O, pandemiyanın şiddətli dövründə Rusiyada yaşayan azərbaycanlılara öz dəstəyini əsirgəməyib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin