Bu gün Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin “Azərbaycantelefilm”x9d Yaradıcılıq Birliyinin kollektivi bəyanatla çıxış edib.
Moderator.az -ın məlumatına görə, azadinform-a təqdim olunan bəyanatda deyilir:
Son vaxtlar rejissor Şahəddin Eyvazov qəzet və saytlarda dəfələrlə məktub vasitəsilə ölkə başçısı, möhtərəm prezidentimiz İlham Əliyev cənablarına müraciət edərək, guya Azərbaycan televiziyasından qanunsuz çıxarıldığını iddia edir və yenidən işə bərpa olunmasında ona köməklik etməsini xahiş edir.
Əslində həqiqət tamam başqa cürdür. Şahəddin Eyvazov 24 fevral 2010-cu il tarixində öz ərizəsi ilə işdən gedib. Onun öz əli ilə yazdığı ərizə Kadrlar və Xüsusi İşlər Departamentinin arxivində saxlanılır. Üstündən beş il keçdikdən sonra, Şahəddin Eyvazovun yenidən işə qəbul olunmaq istəyi həyata keçmədiyindən, iki gündən bir televiziya rəhbərliyinin, eləcə də “Azərbaycantelefilm”x9din direktorunun adlarını vaxtaşırı qəzet səhifələrində hallandırması onun iddialı hikkəsindən başqa bir şey deyildir. Belə ki, Şahəddin Eyvazovun özünün yazdığı kimi, əgər doğrudan da o, özünü böyük rejissor hesab edirsə, nəyə görə bu illər ərzində özünə başqa telekanallarda iş tapa bilməyib? Bu gün ölkə teleməkanında onlarla televiziya kanalı fəaliyyət göstərir. Və bu kanalların hər biri öz işinin peşəkarını, xüsusilə də istedadlı rejissoru gündüz vaxtı çıraqla axtarır. Görünür, heç kəs özünün sinəsinə yalnız mətbuat səhifələrində “mən-mən”x9d deyərək döyən bir rejissorla işləmək istəmir.
Şahəddin Eyvazov yazır ki, 200-dən çox filmi dublyaj edib. Əslində bu rəqəm şişirdilmişdir. Onun dublyaj etdiyi filmlərin sayı 50-dir. Özü də həmin bədii filmləri o, bu gün özünün düşməni hesab etdiyi Siyavuş Məmmədovun “Kinoproqram”x9d redaksiyasında baş redaktor kimi fəaliyyət göstərdiyi dövrdə, onun Şahəddin Eyvazova yaratdığı şərait nəticəsində dublyaj etmişdir. Çox təəssüf ki, Şahəddin Eyvazov kimi iddiası ilə imkanı üst-üstə düşməyən insanlar, özləri-özlərinə problem yaradırlar və bu problemin səbəblərini isə başqalarında axtarırlar. Çox təəssüf!
Bu gün Azərbaycan televiziyasında yaradılan şərait nəticəsində onlarla yaradıcı peşəkar öz daxili potensialını nümayiş etdirmək imkanı qazanmışdır. “Azərbaycantelefilm”x9d Yaradıcılıq Birliyində yüksək peşəkarlıqla istehsal olunan sənədli televiziya filmləri, dublyaj olunan onlarla bədii və sənədli filmlər vaxtaşırı Azərbaycan televiziyasında nümayiş olunur. Ş. Eyvazovun məntiqsiz iddiaları isə “Azərbaycantelefilm”x9d Yaradıcılıq Birliyinin kollektivinin işinə kölgə sala bilməz.
Məşhur kəlamda deyildiyi kimi, üç cür rejissor var: ağıllı, istedadlı və əksəriyyət. Allah bizi bu cür əksəriyyətlərdən qorusun!
Siyavuş Məmmədov
“Azərbaycantelefilm”x9d Yaradıcılıq Birliyinin direktoru, əməkdar jurnalist Yaqub Əlioğlu, Baş redaktor
Salar Aslanov, baş redaktorun müavini
Zahid İsmayılov, baş rejissor, əməkdar mədəniyyyət işçisi
Miri Rzayev
Mikayıl Nəsirov
Murad Quliyev
rejissorlar
Adil Abbasov
baş operator,
əməkdar mədəniyyət işçisi
Elşən Bədəlov
Elxan Rüstəmov
operatorlar
Rəşad Mustafayev
baş səs rejissoru
Ceyhun Ağayev
səs rejissoru
Qafur Sədiyev
Əliabbas Qasımov
assistentlər
Valeh Həsənli
Sahib Heydərov
film direktorları

































































































