Meşə yanğınları Şabrandakı tarixi Xəlfəli məzarlığını risq altına salıb – FOTO

Hazırda oxunan: Meşə yanğınları Şabrandakı tarixi Xəlfəli məzarlığını risq altına salıb – FOTO

112768

Şabran rayonunun Xəlfələr kəndində yerləşən məzarlıq Millətimizin tarix və mədəniyyətini əks etdirən tətbiqi sənət nümunələrindən ibarət açıq səma altında müzeydir. Hər daş bir əsərdir. Özəlliyi isə bu məzarlığı onun qədimliyindədir. Bəzi məzar daşlarının üstündə qeyd olunan tarixə inansaq, məzarlıq XVII əsrə aiddir. (1043 hicri (1633))

Bundan əlavə, məzarlıqda Xəlifə Seyid Əhməd adlı bir şəxsin məzarı üstündə türbə inşa edilib.

Hazırda köhnə türbənin yerində yenisi bina edilsə də ətrafında köhnə türbənin qalıqları da müşahidə olunur.

Yerli sakinlərin rəvayətlərinə görə, Xəlifə Seyid Əhməd Şabran rayonunun Düz Bilici kəndində yaşayıb, lakin bizə məlum olmayan səbəblərdən həmin kənd sakinlərindən inciyərək kəndi tərk edir və cəmi bir neçə kilometrlik məsafədə məskunlaşır. Beləliklə, Xəlfəli kəndinin əsası qoyulur. 

Qeyd edək ki, Xəlfəli məzarlığında yerləşən daş səndüqələr Buzovna rayonunda yerləşən "Hun qəbirstanlığı" adı ilə tanınan məzarlıqdakı səndüqələrlə, demək olar ki, eynilik təşkil edir. 

Təəssüflər olsun ki, bu ilin avqust ayında Şabran rayonu ərazisində baş verən meşə yanğınları sözüqedən məzarlığa da ciddi ziyan vurub... 

Bundan əlavə qeyd etmək lazımdır ki, ölkəmizin müxtəlif bölgələrində yerləşən köhnə məzarlıqlarında bir zamanlar zəngin mədəni nümunələrin (Dekorativ tətbiqi sənət nümunələri) olduğu haqqında yerli sakinlər tərəfindən deyilir və həmçinin müxtəlif mənbələrdə də qeyd olunur. 

Təəssüflər olsun ki, hal hazırda vəziyyət çox acınacaqlıdır və hər məzarlıqda cəmi bir neçə nümunə mövcuddur. Deyilənlərə görə, böyük bir hissəsini "sovetlər" dönəmində yığıb naməlum istiqamətdə aparıblar, bəziləri isə təbii təsirlər nəticəsində məhv olub. 

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dəvlət Xidmətinin, Şabran regional idarəsinin rəisi Sabit Qurbanov açıqlama verib.

Onun sözlərdə qurumun əməkdaşları bu günlərdə Şabran rayonunun Şabran rayonunun Xəlfəli, Dağ Bilici, Zağlı, Pirəbədil və Kilvar kəndlərində yeni abidələrin aşkar olunması məqsədilə monitorinq keçirib. Nəticələr tədqiq edildikdən sonra bir sıra qərarlar qəbul ediləcək.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin