Azərbaycanda rəsmi səfərdə olan Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Milli Məclisdə olub.
Moderator.az-ın məlumatına görə, Əfqanıstan Prezidenti əvvəlcə parlamentin iclas zalları ilə tanış olub. O, deputatlar üçün yaradılmış iş şəraitini yüksək qiymətləndirib.
Daha sonra Prezident Məhəmməd Əşrəf Qani ilə Milli Məclisin sədri Oqtay Əsədov arasında görüş keçirilib. Oqtay Əsədov ölkələrimiz arasında hüquqi bazanın da mövcud olduğunu, bu bazanın təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini söyləyib.
Məhəmməd Əşrəf Qani ölkələrimiz arasında əlaqələrin dostluğa və qardaşlığa əsaslandığını söyləyib.
Dağlıq Qarabağ münaqişəsindən danışan Qani Əfqanıstanın problemin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasında Azərbaycanın haqlı mövqeyini bundan sonra da dəstəkləyəcəyini deyib.
































































































