Gəncədə yeni evlənən cütlüyü müşaiyət edən toy karvanı maraqlı görüntülərlə yadda qalıb.
Moderator.az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, bər-bəzəkli xarici avtomobillərlə görməyə adət etdiyimiz toy karvanını bu dəfə "Volqa" "Qaz M21"dən ibarət onlarla avtomobil əvəz edib.
Həmçinin bəy-gəlin avtomobili də keçmiş adət-ənənəyə uyğun olaraq kukla ilə bəzənib. Qeyri-adi toy karvanı şəhər sakinlərinin də marağına səbəb olub.
































































































