Cəlilabadda avtomobil qadını öldürdü

Hazırda oxunan: Cəlilabadda avtomobil qadını öldürdü

112689

Cəlilabad rayon Çünzəli kənd sakini, Mərhəmət İsmayılov idarə etdiyi “Ford tranzit” markalı yük avtomobilini Göytəpə şəhəri ərazisindəki əkin sahələrindən birində piyadalar və nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş torpaq yolda geriyə hərəkət etdirərkən ehtiyatsızlıqdan Xəlilabad kənd sakini, 1983-cü il təvəllüdlü Nuridə Bağırovanı vurub.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, qadın xəstəxanaya çatdırılsa da aldığı çoxsaylı xəsarətlərdən dünyasını dəyişib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin