Dövlət Gömrük Komitəsi Risklərin İdarə Olunması Sistemini genişləndirəcək

Hazırda oxunan: Dövlət Gömrük Komitəsi Risklərin İdarə Olunması Sistemini genişləndirəcək

112600

“Dövlət Gömrük Komitəsi (DGK) növbəti illərdə Risklərin İdarə Olunması Sistemini genişləndirmək niyyətindədir”.

Bizim.Media xəbər verir ki, bunu İTV-yə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.

Ş.Bağırov bildirib ki, bu həm dövlət, həm də özəl sektor üçün əhəmiyyətlidir:

“Növbəti illərdə, xüsusən 2023-cü ildə görəcəyimiz işlər həqiqətən çoxdur. İlk növbədə biz rəqəmsal gömrük mühitini genişləndirmək istəyirik. Onun tətbiq dairəsini daha da genişləndirərək optimal prosedurları icra etməliyik. Bu baxımdan o sahədə biz iş aparırıq.
Gömrük xidmətinin daxilində Risklərin İdarə Olunması Sistemi mövcuddur. Sadəcə bu sistemi inkişaf etdirməliyik, bu sahədə qəti tədbirlərimiz var və bunu həyata keçirəcəyik.

Risklərin idarə edilməsi sistemi vasitəsi ilə biz ümumiyyətlə ticarətin dəstəklənməsinə nail olacağıq, eləcə də hər-hansı riskli halları müəyyən edərək ona qarşı mübarizə tədbirləri həyata keçirəcəyik. Güman edirəm ki, bu layihənin inkişaf etdirilməsi məsələsi önəmli olacaq. Bunun nəticəsini dövlət qurumu olaraq bizimlə yanaşı sahibkarlıq, biznes subyektləri görəcək və dövlətimiz faydalanacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin