Şabranın Gəndab kəndində "Ekoloji terrora son" dedilər - FOTO/VİDEO

Hazırda oxunan: Şabranın Gəndab kəndində "Ekoloji terrora son" dedilər - FOTO/VİDEO

112585

31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə Şabran rayonunun Gəndab kəndindəki Şəhidlər bağında  ağacəkmə aksiyası keçirilib.

Bu barədə Birinci Qarabağ Müharibəsi veteranı olan Bakı sakini Rəşad Heydərov Bizim.Media-ya məlumat verib. 

Onun sözlərinə görə, Gəndab kəndi Qarabağ müharibəsində 9 igid oğlunu şəhid verib. Onların xatirəsinə yerli fəalların saldığı Şəhidlər bağında bu gün ehtiram əlaməti olaraq bir ədəd xan çinarı əkilib. Ağac əkənlər sırasında Vətən Müharibəsi iştirakçısı, Şabran təhsil sektorunun müdiri Emin Mövsümov da olub. 

Əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib. Şəhidlərin xatirəsi anılıb. Çıxışlarda Azərbaycanın ermənilərin əsarətində olan Qarabağ torpaqlarının geri alınmasında Vətən oğullarının misilsiz xidməti və cəsurluğundan danışılıb. 
"Biz bu aksiyamızla Ermənistanın Qarabağ torpağında apardığı ekoloji terrora son deyirik. Belə bir təşəbbüslə çıxış edirik ki, Azərbaycanda bütün şəhidlərin xatirəsinə bir ağac əkilsin" - deyə Rəşad Heydərov qeyd edib.

Tədbirə qatılan şəhid ailələri göstərilən diqqətə görə razılıqlarını bildiriblər. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin