Jurnalist tələbələr yeni saytlarının təqdimatını keçirdilər...

Hazırda oxunan: Jurnalist tələbələr yeni saytlarının təqdimatını keçirdilər...

112545
Dekabr ayının 20-də Musahibe.az saytının təqdimatı keçirilib. Öz qapılarını hər kəsə açan saytın tanıtımında Bakı Slavyan Universiteti,  Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının baş müəllimi, Filologiya üzrə fəlsəfə doktoru Durdanə Tahirova və həmin universitetin Pedaqogika və psixologiya kafedrasının baş müəllimi, ümumi psixologiya üzrə mütəxəssis Aybəniz Xəlilova iştirak edib.
 
İlk olaraq yeni fəaliyyətə başlayan saytın əsas qayəsi və onun strukturu haqqında məlumat verən saytın baş redaktoru Samir Şirvanzadə sözlərinə bunu da əlavə edib: 

“Bizim əsas hədəfimiz digər mətbu orqanları informasiya,  müsahibə  mənbəyi ilə təmin etmək  və jurnalistika sahəsinə marağı olan hər kəsi media dərsləri ilə maarifləndirməkdir...”x9d.  S.Şirvanzadə saytda yer alan müsahibə, media dərsi, xəbərlər, sorğu, qələm, qalereya kimi rublikaların mahiyyəti və hər birinin spesifikliyi haqqında da məlumat verib. Daha sonra qonaqların çıxışı ilə davam edən təqdimatda onların tövsiyyələri və rublikalar haqqında ümumi fikirləri dinlənilib.  Eyni zamanda media dərsləri və sorğu bölməsinin zəruriliyini vurğulayan qonaqlar, müsahibə janrının çətin və məsuliyyət tələb edən, lakin oxucu tərəfindən xüsusi maraqla qarşılanan janr olduğunu da nəzərə çatdırıblar. 
Qonaqların çıxışından saytın redaktoru Nəcəf Kazımov saytın fəaliyyət məramı haqqında danışaraq, komandanın gələcək hədəflərindən söhbət açıblar. Bundan sonra saytın müxbirləri çıxış edərək ilkin addımlarında onlara dəstək olan  qonaqlara öz təşəkkürlərini bildiriblər. 
Təqdimatın sonunda Musahibe. az kollektivi öz qonaqları ilə birgə tort kəsərək müəyyən mövzularda diskussiya aparıblar. 
Günün yekununda isə növbəti həftənin iş qrafikinin təşkili üçün iclas keçirilib. 
Jurnalist tələbələr yeni saytlarının təqdimatını keçirdilər... Jurnalist tələbələr yeni saytlarının təqdimatını keçirdilər... Jurnalist tələbələr yeni saytlarının təqdimatını keçirdilər...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin