Nazirlər Kabineti “Karantin elan olunan ərazilərdə fitosanitar tədbirlərin aparılması xərcləri dövlət büdcəsi hesabına həyata keçirilən Hallar”da dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, hazırda Qida Təhlükəsizliyi Agentliyi hər il dövlət büdcəsinin layihəsi hazırlanan zaman dövlət büdcəsi hesabına həyata keçirilən hallar üzrə fitosanitar tədbirlərin aparılmasına dair müvafiq xərclərin hesablamalarını Maliyyə Nazirliyinə təqdim edir.
Hesablamalar yoxlanıldıqdan sonra lazım olan vəsaitlər Qida Təhlükəsizliyi Agentliyinə ayrılan vəsaitlər bölməsində nəzərdə tutulur.
Dəyişikliyə əsasən, Qida Təhlükəsizliyi Agentliyi bu sahədə Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əvəzlənir.
Başqa sözlə, Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il dövlət büdcəsinin layihəsi hazırlanan zaman dövlət büdcəsi hesabına həyata keçirilən hallar üzrə fitosanitar tədbirlərin aparılmasına dair müvafiq xərclərin hesablamalarını Maliyyə Nazirliyinə təqdim edir. Hesablamalar yoxlanıldıqdan sonra lazım olan vəsaitlər Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrılan vəsaitlər bölməsində nəzərdə tutulur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:10 / 30.12.2022
AQTA-nın səlahiyyətləri AZALDILDI
Hazırda oxunan: AQTA-nın səlahiyyətləri AZALDILDI
Hazırda oxunan: AQTA-nın səlahiyyətləri AZALDILDI
112534
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.