Azərbaycanın ixrac etdiyi məhsulların sayında artım var

Hazırda oxunan: Azərbaycanın ixrac etdiyi məhsulların sayında artım var

112529

“Bu il Azərbaycanın ixrac etdiyi məhsulların sayı 12 % artıb”. 

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İTV telekanalına müsahibəsində deyib. 

Nazir bildirib ki, Azərbaycan məhsulların ixrac çoğrafiyasını da genişləndirib: "Bu 1 il üçün çox yaxşı göstəricidir". 

M. Cabbarov qeyd edib ki, Azərbaycanın qeyri-neft ixracında sənaye məhsullarının payı 62 %-dən çoxdur: "Bu da, çox yaxşı göstəricidir. Qalan 38 % isə kənd təsərrüfatı məhsulları və ondan emal nəticəsində əldə edilən məhsulların ixracı təşkil edib". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin