İlon Maska məxsus şirkət Azərbaycanda FƏALİYYƏT GÖSTƏRƏCƏK 

Hazırda oxunan: İlon Maska məxsus şirkət Azərbaycanda FƏALİYYƏT GÖSTƏRƏCƏK 

112502

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Starlink Azerbaijan" MMC-ni dövlət qeydiyyatına alıb. 

Bizim.Media xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, ev 15, mənzil 140, nizamnamə kapitalı 100 ABŞ dolları, qanuni təmsilçisi isə Lauren Ashley Dreyerdir. 

Qeyd edək ki, "Starlink" ABŞ-ın "SpaceX" şirkətinə məxsus internet xidmətidir.

Onun təsisçisi məşhur iş adamı, elektromobil istehsalı ilə məşğul olan "Tesla" şirkətinin də sahibi İlon Maskdır. Bakıdakı təmsilçi isə "SpaceX"də 2006-cı ildən işləyir, biznes əməliyyatları üzrə baş direktordur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin