Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi tərəfindən bayram günlərində sərnişinlərə yüksək xidmət göstərilməsinin təmin olunması, eyni zamanda sərnişinlərin gedəcəkləri istiqamətlərə rahat və təhlükəsiz şəkildə çatdırılması məqsədilə dekabr ayının 31-də Dənizkənarı Milli Park istiqamətindən aşağıda göstərilən 2 istiqamət üzrə ekspres marşrutlar təşkil edilməsi ilə bağlı qərar qəbul edilib.
Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, ekspres marşrutlar Dənizkənarı Milli Park - “20 Yanvar” metro stansiyası və Dənizkənarı Milli Park - “ Həzi Aslanov” metrostansiyası istiqamətində fəaliyyət göstərəcək.
Eyni zamanda, Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən, bayram tədbirləri ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobuslar gecə saatlarınadək xidmət göstərəcək.
Agentlik tərəfindən bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verilib.
Qeyd edək ki, ekspres marşrut üzrə avtobusların çıxış nöqtəsi Park Bulvarın qarşısı müəyyən olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:28 / 30.12.2022
Bakıda iki yeni ekspres marşrut təşkil ediləcək – Bu İSTİQAMƏTLƏR ÜZRƏ
Hazırda oxunan: Bakıda iki yeni ekspres marşrut təşkil ediləcək – Bu İSTİQAMƏTLƏR ÜZRƏ
Hazırda oxunan: Bakıda iki yeni ekspres marşrut təşkil ediləcək – Bu İSTİQAMƏTLƏR ÜZRƏ
112497
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.