“Azyaşlıların “Tiktok”a girişinə qadağa qoyulsun” – Parlamentdə TƏKLİF

Hazırda oxunan: “Azyaşlıların “Tiktok”a girişinə qadağa qoyulsun” – Parlamentdə TƏKLİF

112415

“”Tiktok” sosial şəbəkəsindən dünyanın bir çox ölkələrində səmərəli kontentin formalaşdırılması üçün də istifadə olunur. Lakin Azərbaycan seqmentində bu barədə danışa bilmək üçün ciddi əsaslar yoxdur”.

Bizim.Media xəbər verir ki, bu fikrləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Elşad Mirbəşir səsləndirib.

“Bu sosial şəbəkədə hazırlanan kontentlər gələcək nəslin məhvinə yönəlməkdədir. Təklif edirəm ki, qanunvericilik səviyyəsində azyaşlıların “Tiktok”a çıxışı tamamilə qadağan olunsun. Çünki “Tiktok”da xalqımızın gələcək nəslinin məhvinə yönələn kontent formalaşıb. 
Aparılmış araşdırmalar göstərir ki, 16-24 yaş arasında “Tiktok” istifadəçilərinin sayı 60%-ə bərabərdir. Azyaşlıların özləri də kontentlər hazırlayır ki, bunların çoxu bizim əxlaqi dəyərlərimizə ziddir”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin