“Dövlət qurumları tıxac problemi qarşısında aciz qalıb” – Fazil Mustafa 

Hazırda oxunan: “Dövlət qurumları tıxac problemi qarşısında aciz qalıb” – Fazil Mustafa 

112413

“Bakıda yaşayan insanların zülm şəkdiyi tıxac problemi qarşısında dövlət qurumlarının aciz qaldığı görünür”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa səsləndirib.

“Gün ərzində hər kəs 2-3 saat tıxaclarda qalır. Bu isə iqtisadiyyatımıza ciddi zərbə vurur. Təklif edirəm ki, problemin həll olunması üçün şəffaf tender keçirək.

Malayziyadan, Monqolustandan, yaxud digər bir ölkədən şirkət gəlib, problemin həlli ilə bağlı konkret layihə hazırlasın. Bu sahədə problemlər göz önündədir. Metrodan elə şəkillər paylaşılır ki, orada hərəkət etməyin mümkün olmadığı aydın görünür”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin