UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Prezident Administrasiyasına çağırıldı

Hazırda oxunan: UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Prezident Administrasiyasına çağırıldı

112395

UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinə dəvət olunub. 

Bizim.Media caliber.az-a istinadən xəbər verir ki, görüş zamanı UNICEF-in İrəvan ofisinin rəhbərinin başqa ölkənin suveren ərazisi ilə bağlı səsləndirdiyi qəbuledilməz bəyanatlardan narahatlıq ifadə olunub. 

UNICEF-in İrəvan ofisinin rəhbərinin mandat və səlahiyyətlərini aşdığı vurğulanıb. 

UNICEF-in ofisi və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi UNICEF-in İrəvan bürosunun rəhbərinin hərəkətlərinin yanlış olduğunu etiraf edib. 
Xatırladaq ki, UNICEF-in İrəvan ofisi bəyanat yayaraq, “Laçın dəhlizinin bağlanmasının uşaqlara təsir etdiyini, onların yaşaması, sağlam böyüməsi və rifahı üçün lazım olan əsas xidmətlərə çıxışını məhdudlaşdırdığını”, - qeyd etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin