Həmkarları Qənirəni müdafiə etdi: “Qarışqadan fil düzəltməyə gərək yox...”x9d

Hazırda oxunan: Həmkarları Qənirəni müdafiə etdi: “Qarışqadan fil düzəltməyə gərək yox...”x9d

112380
ANS TV-nin ABŞ bürosunun rəhbəri, artıq bir neçə aydır Amerikada yaşayan jurnalist Qənirə Ataşovanın Dövlət Departamentinin sözçüsü Con Kirbiyə verdiyi sual ətrafında müzakirələr, fərqli fikirlər səsləndirilməkdədir.

Moderator.az turkustan.info-ya istinadən xəbər verir ki, artıq bir neçə həmkarı xanım büro rəhbərinə qarşı aparılan kampaniyanı pisləyib.

Modern.az saytının rəhbəri Elşad Eyvazlı məsələ ilə bağlı mövqeyini “Qənirə Ataşova ilə bağlı bəzi Azərbaycan jurnalistlərinin mövqeyi lənətlənməlidir. Sual yazılı şəkildə verilsəydi, Con Kirbi onu cavablandırılacaqdı ki...”x9d şəkilində bildirib.

Moderator.az saytının rəhbəri Zülfüqar Hüseynzadə Qənirə Ataşovanın fotosunu Facebook-da paylaşaraq "Qənirənin ictimai qınaq hədəfinə çıxarılmasını qınadığımı onun bir fotosunu paylaşmaqla ifadə edirəm. Qarışqadan fil düzəltməyə gərək yox, xanımlar və bəylər!" yazıb. 

İnform.az saytının rəhbəri Xalidə Xalidin məsələyə münasibəti isə daha sərt olub: “Dəyərsizi dəyərli, dəyərlini dəyərsiz edən xalqım! Nə olar dur! Nə olar bir dəfə də olsa özünkünə sahib çıx. Sahib çıxman üçün mütləq xarici ölkələrin birində zindanamı atılması lazım övladlarının, düşmən əlində əsir düşməsimi lazım, hə?

Cavab ver "Azərbaycan, Azərbaycan" deyə pafoslu çıxışlarla məclislərdə dil boğaza qoymayan azərbaycanlı, Qənirə Ataşova sənin soydaşın deyilmi? Ləman düz deyir "erməni zir-zibil"indən konfet düzəldir, bizsə yıxa-yıxa gedirik. İşimiz gücümüz yalnız ləkələmək, badalaq gəlmək, bildik bilmədik təki görsünlər mən də varam təfəkkürü ilə şərhlər yazmaq. Olmadı ki, ay azərbaycanlılar, olmadı ki... Vaxt vardı ANS, ANS deyə ağızdolusu müdafiə edirdiniz, Qənirə ANS-dən deyilmi?
İnsafınız olsun siz Allah, bəsdirin sapı özümüzdən oldu baltalarımızın.
Qənirə yuxusuz gecələr, narahat anlar içində materiallar hazırlayanda bizlər isti ev-eşiyimizdə rahat yatmışıq. Qənirə mənim nə qohumum, nə yaxinim deyil bircə dəfə onunla həmsöhbət olmuşam vəssalam. Amma, bir soydaşım olaraq onu müdafiə etmək mənim həm bir vətəndaş həm də bir insan olaraq borcumdu.

Qənirə Ataşova bu günədək öz gücünə gəlib Qənirə olub. Biz də ki, həzm edə bilmirik belələrini həmən ilişib qalırlar boğazımızda. "İçki"axtaririq ki, "uda" bilək... Vallah özümüzə yazığım gəlir”x9d.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət Qənirə Ataşovanın Dövlət Departamentinin sözçüsü Con Kirbiyə ingilis dilində sual ünvanlaması ətrafında yaradılan süni ajiotajı doğru hesab etmədiyini vurğulayıb: “Əlbəttə, yaxşı olardı ki, ANS kimi təcrübəli bir TV kanalının Vaşinqton kimi çox önəmli mərkəzdəki təmsilçisi ingiliscəni ingilis qədər bilsin. Amma bu mümkün deyilsə, buna görə jurnalisti gözümçıxdıya salmaq da doğru deyil. ANS öz işçiləri arasından seçdiyi jurnalisti ezam etməkdə sərbəstdir və buna görə kimsəyə hesabat verməyə də borclu deyil. Üstəlik, burada Azərbaycan üçün ayıb olacaq heç bir hal yoxdur. Əlavə olaraq qeyd edim ki, sosial şəbəkələrdə yayımlanmış videoya baxmışam və Qənirə Ataşova yetərincə aydın şəkildə ünvanlayır sualı. Xırda qüsurları (özəlliklə də ifadə baxımından) var, amma anlaşılan sualdır yəni. Con Kirbinin cavabı zarafata bağlaması sadəcə ABŞ-ın məlum ikili yanaşmasının daha bir təzahürüdür. Lütfən, ANS-in jurnalistinə qarşı əsassız qaralama kampaniyasını durdurun”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin