Nardaran 20 gündür Daxili Qoşunların nəzarətindədir- kənddən son xəbər

Hazırda oxunan: Nardaran 20 gündür Daxili Qoşunların nəzarətindədir- kənddən son xəbər

112352
Nardaran 20 gündür Daxili Qoşunların və polisin nəzarətindədir. Bu müddət ərzində Nardarana kənd sakinlərindən başq heç kəs buraxılmır. Kəndin girişlərində qurulan polis postlarında kəndə girən, çıxan bütün maşınlar ciddi şəkildə yoxlanılır.

Musavat.com xəbər verir ki, kənddə əməliyyatlar davam edir. Əməliyyatlar xüsusi təyinatlılar və polis tərəfindən həyata keçirilir. Əkin sahələrində və evlərdə də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən axtarışlar aparılır.xa0

Əldə etdiyimiz məlumata görə hazırda kənddə adı siyahıda olan və hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 50-dən çox kənd sakini var. Bu günədək keçirilən əməliyyatlar zamanı isə 60-dan çox kənd sakini saxlanılıb. Onlar arasında kənddəki məscidlərin axundları da var. Saxlanılanlar Sabunçu Rayon Polis İdarəsinə və “Banditzm”x9də aparılıblar.xa0

Nardaranda saxlanılanların əksəriyyətinə 12, 15 və 30 sutka həbs verilib. Nardarandakı Rəhimə xanım ziyarətgahının axundu Hacı Nuhbala Rəhimov da saxlanılanlar arasındadır. Ona verilən 12 sutkalıq həbs müddəti başa çatsa da sərbəst buraxılmayıb.xa0

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov musavat.com-a açıqlamasında bildirib ki, Nuhbala Rəhimovdan saxlanıldığı gündən xəbər yoxdur: “Saxlanılanlardan heç birindən xəbər yoxdur. Bildiyimiz qədəri ilə 70-ə yaxın adam saxlanılıb. Əməliyyatlar hər gün davam edir. Saxlanılanlardan bir gün sonra buraxılanlar da var. Amma çoxundan xəbərimz yoxdur. Haradadılar, nə qədər cəza alıblar, nə də təqsirləndirilirlər bilmirik”x9d.

Kənddə hazırda Bakının 42-ci polis bölməsi yaradılır. Tikinti işləri sürətlə davam etdirilir. Polis bölməsinin dekabrın sonunadək təhvil veriləcəyi gözlənilir. Polis bölməsinin zirzəmisi iki mərtəbəlidir. Yeni tikilən polis bölməsi Azərbaycanda zirzəmisi iki mərtəbəli olan ilk polis bölməsi olacaq.xa0

Kənddə abadlıq və quruculuq işləri də davam etdirilir. Kənd yolları genişləndirilir. Yeni salınan yollarla Nardaranın mərkəzi hissəsi 4 yerə ayrılacaq. Hazırda Nardaranda “Azəryolservis”x9d, “Azərişıq”x9d, “Azərsu”x9d, və “Azəriqaz”x9dın briqadaları işləyir. Kəndin əskər evləri elektrik enerjisi ilə təmin olunub. Qaz xətlərinin də çəkilişi və sayğacların yenilənməsi davam edir.xa0

N.Kərimov kənddə görülən işlərdən hər kəsin razı olduğunu bildirsə də onu da əlavə etdi ki, kənddə hazırda mövcud olan əsas problem işsizlikdir: “Kəndin əksər gəncləri işsizdir. Qaz, işıq, su var. Amma bunu istifadə etdikdən sonra ödəmək üçün pul yoxdur. Çünki əksər insanlar işsizdir. İşığı veriblər. Amma gecə kəndə gəlib baxsanız görəcəksiniz ki, heç kim yandırmır. Çünki camaat bilir ki, bu pulu ödəyə bilməyəcək”x9d.

Xatırladaq ki, noyabrın 26-da polislə dindarlar arasında baş verən silahlı qarşıdurmada 2-si polis olmaqla 6 nəfər dünyasını dəyişmişdi. Tale bağırov və 13 tərəfdarı həbs edilmişdi. Noyabrın 30-dək isə kənd sakinləri postlar quraraq kəndə giriş və çıxışı bağlamışdılar. Kənd ağsaqqalları ilə hökumət arasında danışıqdan sonra Naradarnada meydan boşaldıldı. Dekabrın 1-dən Nardaran Daxili Qoşunların və polisin nəzarətindədir. Nardaran sakinlərindən başqa heç kim kəndə buraxılmır. Kənddə keçirilən əməliyyatlar zamanı xeyli sayda saxlanılan var. Lakin bu barədə heç bir rəsmi açıqlama verilmir.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin