İŞİD-in hədəsi Azərbaycanı mövqeyindən çəkindirəcəkmi?

Hazırda oxunan: İŞİD-in hədəsi Azərbaycanı mövqeyindən çəkindirəcəkmi?

112329
İŞİD, bu terrorçu qruplaşmaya qarşı yeni koalisiya yaradıldığına görə Səudiyyə Ərəbistanını terror aktları törətməklə hədələyib. Bildirilir ki, Riyadda 34 ölkənin işitrakı ilə koalisiyanın yaradılması İŞİD terrorçularını hiddətləndirib.

Terrorçular Səudiyyə Ərəbistanı və koalisiyaya üzv olacaq digər ölkələrdə terror aktları törədəcəkləri barədə xəbərdarlıq ediblər.

Həmin koalisiyaya Səudiyyə Ərəbistanı, Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Banqladeş, Bəhreyn, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Mali, Maldiv adaları, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən daxildir.

Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd bin-Salman  bildirib ki, hərbi alyansın qərargahı Ər-Riyadda yerləşəcək. O, həmçinin qeyd edib: “Koalisiya öz fəaliyyətini böyük dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələndirəcək. Antiterror koalisiyasının hədəfində yalnız İŞİD deyil, digər terror qruplaşmaları da olacaq”x9d.

Azərbaycanın da "Terrorizmə qarşı İslam Koalisiyası"na qoşulması ilə bağlı müzakirələr aparılır. 

Məlumata görə, bu məsələ ilə əlaqədar Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl-Cubeir arasında telefon danışığı olub.

Lakin artıq bu koalisiya yuxarıdakı faktlardan da göründüyü kimi, İŞİD-in hədəfindədir. İŞİD-in bu hədələri Azərbaycanın mövqeyinə təsir edə bilərmi?

Bu məsələ ilə bağlı musavat.com-a politoloq Ərəstun Oruclu danışıb. O, bildirib ki, Azərbaycanın koalisiyaya qoşulmasının mənfi və müsbət tərəfləri var: “Əgər nəzərə alsaq ki, İŞİD terrorçuları arasında müəyyən sayda azərbaycanlılar da var. Demək, onlar haqqında ən azı məlumat əldə etmək və terror təşkilatının planları barəsində bilgi qazanmaq üçün belə koalisiyalarla əməkdaşlıq zəruridir. Digər tərəfdən isə, bu, əlavə risklər doğurur. Bu risklər arasında ilk növbədə terrorçuların hədəfinə gəlmək məsələsi durur. Bu baxımdan, belə məsələlərdə dərindən düşünmək lazımdır ki, bizim üçün hansı hal daha uyğundur. Qoşulmaq, yoxsa  qoşulmamaq... Birmənalı cavab isə yoxdur. Yuxarıda qeyd etdiyim kimi, hər birinin öz müsbət və mənfi tərəfləri var. Bu koalisiyaya qoşulmağın Azərbaycan üçün təhlükəli olub-olmamasına gəlincə isə, deyə bilərəm ki, təhlükə hər zaman bütün dövlətlər üçün var. Hökm deyil ki, hədələsinlər. Təhlükə bundan asılı olmayaraq, hər zaman var”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin