Azərbaycan Cinayət Məcəlləsinə görə, bir sıra hallarda həbs edilənlərin əmlakı da müsadirə edilir.
Amma maraqlıdır, həbsə məhkum edilənlərin əmlakları hansı halda müsadirə edilə bilər? Bu zaman nəzərə alınan xüsusi qaydalar varmı?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hüquqşünas Ələsgər Əhmədoğlu bildirir ki, qanunsuz, korrupsiya yolu ilə əldə olunan əmlaklar müsadirə edilir:
“Azərbaycan Cinayət Məcəlləsinin bir sıra maddələrində göstərilir ki, qanunsuz, korrupsiya yolla əldə olunan əmlakın müsadirə olunması sanksiya bölümündəki müvafiq maddələrdə göstərilə bilər. Maddədə göstərilən sanksiyanı da yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə reallaşdırmaq mümkündür. Məhkəmə də həmin pozuntunun nə qədər real olduğunu, onun nəticəsində dəyən zərəri və şəxsin qanunsuz varlanmasını və s. nəzərə almaqla qərar qəbul edə bilər. Bu da cinayət mühakimə prosesi nəticəsində ortaya çıxır”.
Həmsöhbətimiz qeyd edir ki, cinayətkarın əmlakı müsadirə edilərkən hər hansısa bir xüsusi məqamlar nəzərdə tutulmayıb:
“Cinayət yolu ilə əldə olunan əmlakın dövlətə qaytarılması nəzərdə tutulur. Bu zaman hansısa formada cinayət edənin himayəsində azyaşlı uşağın olub-olmaması, cinayətkarın əlil və ya yaşlı olmasının prosesə heç bir aydiyyatı yoxdur. Əmlak bütün hallarda dəymiş ziyana müvafiq olaraq müsadirə olunur”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 30.12.2022
Hansı halda əmlakınız müsadirə edilə bilər? – Hüquqi İZAH
Hazırda oxunan: Hansı halda əmlakınız müsadirə edilə bilər? – Hüquqi İZAH
Hazırda oxunan: Hansı halda əmlakınız müsadirə edilə bilər? – Hüquqi İZAH
112328
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.