Məktəblərdə KİŞİ çatışmazlığı – Təlimdə HANSI CİNSƏ üstünlük verilməlidir?

Hazırda oxunan: Məktəblərdə KİŞİ çatışmazlığı – Təlimdə HANSI CİNSƏ üstünlük verilməlidir?

112327

Məktəblərdə müəllimlərin 84,3 faizi qadındır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə hesabatında qeyd olunur ki, ölkənin ümumtəhsil məktəblərində 3642 direktordan 1352-si, 4677 direktor müavinindən 2753-ü, 143 902 müəllimdən 121 405-i qadındır.

Rəqəmlərdən də məlum olduğu kimi məktəblərimizdə kişi müəllimlərin sayı qadın müəllimlərin sayından kəskin fərqlənir. Son dövrlərdə təhsil müəssisələrimizdə olan çatışmazlıqlar kimi bu problem də özünü qabarıq şəkildə göstərəməyə başlayıb.
Şagirdlər arasında həm tədris, həm davranış problemlerinin kəskinləşdiyini müşahidə edirik. Mütəxəssislər bunun ən aparıcı səbəblərindən birinin məktəblərimizdə kişi müəllimlərin sayının kəskin şəkildə az olması, onların tədris prosesində effektiv iştirakının təmin edilə bilməməsində görürlər.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elvin Bədirovun fikrincə, bu problem xüsusilə 90-cı illərin ortalarından etibarən başlanmış tendensiya kimi 2000-ci illərdən etibarən dərinləşməkdə davam edir. Problem ən çox oğlan şagirdlərin davranışlarında özünü göstərir: 

“Kişi müəllimlərin varlığı oğlan şagirdlərin daha düzgün tərbiyə almasına, kişi xarakterini şəxsiyyətinin formalaşması dövründə daha güclü hiss etməsinə səbəb olmalıdır. Lakin biz övladlarımızı bu amildən məhrum etmişik”.

Ekspert kişi müəllimlərin məktəblərdən uzaq düşməsində əsas amilin maddi təminat olduğunu vurğulayıb: 

“Məktəblərdə dərs deməklə ailə ehtiyacını ödəyə bilməməsi 90-cı illərdən kişi müəllimləri məktəbdən uzaqlaşdırdı. Son illərdə, düzdür, müəyyən canlanma var, lakin bu yetərli deyil. Arzulanan sayı təmin etmək üçün müəyyən işləri sürətləndirmək lazımdır".

Elvin Bədirovun qeyd edib ki, əmək məsələsində differensial yanaşmaq doğru olmasa da sosial layihələrlə onları təşviq etmək mümkündür: 

“Hazırda gənclərin əsas problemlərindən biri evlərinin olmamasıdır, gənc kişi müəllimlərə güzəştli şərtlərlə evlərin alınmasına kömək etmək və uyğun baza hissəsi əsasında əmək haqqının artımı, məktəblərdə gizlədilmiş vakansiya probleminin həllinin kompleks formada həll edilməsi bu sahədə yaranmış problemin həllinə imkanlar yaradar”. 
Ekspert hesab edir ki, fənn müəllimlərinin, psixoloqların, həm də ibtidai sinif müəllimlərinin sırasında kişi müəllimlərin təmsil olunmasına diqqət artırmaq lazımdır:

“Çünki evdə də uşaq əsasən ana tərbiyəsinə məruz qalır, məktəbdə isə bu kompensasiya olunmalıdır. Balans qadınların xeyrinə tamamilə pozulub. Düşünürəm ki, bu amil məktəblərdə formalaşmış və həlli çətinləşmiş bir çox neqativ hadisələrin aradan qalxmasına əlverişli şərait yaradacaq”, - deyə ekspert fikrini yekunlaşdırıb.

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin