"Günəşli"də itkin düşən neftçilərlə bağlı son xəbər...

Hazırda oxunan: "Günəşli"də itkin düşən neftçilərlə bağlı son xəbər...

112317
"Günəşli" platformasındakı 10 saylı dərin dəniz özülündə dekabrın 4-də baş vermiş qəza nəticəsində itkin düşənlərin axtarışları davam etdirilir. Hava şəraiti axrarış üçün tam əlverişlidir. Ancaq itkin düşənlərdən hələlik heç kimi tapmaq mümkün olmayıb.
xa0
Bu barədə ANS-ə "Günəşli”x9d platformasında baş vermiş qəza ilə əlaqadar yaradılmış qərargahdan məlumat veriblər.xa0
xa0
Məlumatda bildirilir ki, hazırda axtarışlara Fövqəladə Hallar Nazirliyinin 1 gəmisi, 1 helikopteri və 1 təyyarəsi, həmçinin Dövlət Sərhəd Xidmətinin 5 axtarış gəmisi və AZAL-ın 2 təyyarəsi cəlb edlib. Bundan başqa itkin düşənlərin tapılması istiqamətində dalğıclar da axtarış işlərini davam etdirirlər.
xa0
Qərargahdan yanğın ilə əlaqadər olaraq bildiriblər ki, neft quyularında yanğının qarşısı tam alınıb: "Qaz quyularında isə təəssüf ki, hələlik yanğın davam edir. Yanğının qarşısının alınmasında əsas çətinlik hava şəraitidir. Hazırda xarici mütəxəssislər yanan qaz quyularınının söndürülməsi üçün bütün lazım olan texnikanı hazır vəziyyətə gətiriblər. Ancaq hava şəraiti hələlik işləməyə imkan vermir. Hava şəraiti uyğun olan kimi, qaz quyularında baş verən yanğın söndürüləcək".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin